Təhlükəli siqnal: Donbasda Abxaziya ssenarisi işə salındı
Bizi izləyin

Dünya

Təhlükəli siqnal: Donbasda Abxaziya ssenarisi işə salındı

Separatçıların nəzarətində olan Donbas hövzəsində yeni ssenari həyata keçirilir.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Avroatlantik Əməkdaşlıq İnstitutunun hərbi eksperti İqor Koziy xəbərdarlıq edib.

Təsdiq edilməmiş informasiyaya görə, hazırda separatçıların nəzarəti altında olan yaşayış məntəqələrində bir sıra mülki idarələrdə əsas vəzifələrə Rusiya vətəndaşları təyin edilir.

“Yoxlanılmasa da, informasiya məni narahat edir. Donbasın separatçıların nəzarətində olan yaşayış məntəqələrində mülki vəzifələrə 50-60 yaşlarında olan Rusiya vətəndaşları təyin olunur”, - ekspert bildirib.

Onun sözlərinə görə, bu, öz-özlüyündə müəyyən tendensiyadan xəbər verir. Ekspert qeyd edib ki, Donbasda Abxaziya ssenarisinin həyata keçirilməsi cəhdindən söhbət gedir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm