Güllə keçirməyən mebel istehsal olunub
Bizi izləyin

Dünya

Güllə keçirməyən mebel istehsal olunub

Şotlandiyanın "Osdin Shield" şirkəti xüsusilə terror aktı halları üçün istehsal olunmuş güllə buraxmayan mebel təqdim edib.

Dəst xüsusi zirehli örtüklərlə bərkidilmiş kreslolar və divandan ibarətdir. Şirkətin press-relizində deyilir ki, örtüklər adi gözlə görünmür, mebelin müasir və dəbli dizaynını korlamır və rahatsızlıq yaratmır.

İstehsalçının dediyinə görə, zirehli örtüklər ən geniş tapançalardan və Rusiya Kalaşnikov avtomatlarının ilk modellərində istifadə olunan 7,62 millimetrlik güllədən qoruyur. Şirkətin ideyası ondan irəli gəlir ki, terror hücumlarının mümkün qurbanları zirehli mebel arxasında gizlənə bilər, və onların sağ qalmaq imkanları xeyli artar. Şirkət qeyd edir ki, Parisdə baş verən son hücumlar göstərir ki, "terrorçular get-gedə bombadan çox avtomata" üstünlük verirlər. İnsanların bu kimi hücumlara qarşı ilk reaksiyası adətən nəyinsə, əsasən mebel arxasında gizlənmək olur.

Bununla bağlı şirkət hesab edir ki, "ilk növbədə terrorçuların" mümkün hücum hədəfləri ola bilən bar, restoran, mehmanxana və başqa ictimai obyektlərdə güllə buraxmayan mebelə böyük tələbat olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm