
Somalinin paytaxtı Moqadişuda prezident sarayı
yaxınlığında yerləşən otelə bombalı və silahlı hücum
olub.
Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, hücum nəticəsində 14 nəfər ölüb, 25 nəfər isə
yaralanıb.
Paytaxtın Mədinə Xəstəxanasının həkimi Məhəmməd Şeyx verdiyi
açıqlamada yaralıların vəziyyətinin ağır olduğunu bildirib.
Hücumdan 30 dəqiqə sonra otel yaxınlığında meydana gələn ikinci partlamadan sonra ölü sayının artırdığını deyən təhlükəsizlik qüvvələri 4 terroçunun da öldürüldüyünü bildiriblər.
Rübabə