Ramazan Kadırov Nemtsovdan danışdı
Bizi izləyin

Dünya

Ramazan Kadırov Nemtsovdan danışdı

Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov Rusiyanın ötən il qətlə yetirilmiş müxalif siyasətçisi Boris Nemtsovdan danışıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, NTV-nin proqramına müsahibə verən Ramazan Kadırov bildirib ki, müxalif siyasətçi onun fəaliyyətinə hər hansı problem yaratmayıb: “Boris Nemtsov mənə ümumiyyətlə heç bir işdə maneçilik törətməyib. Ona görə ki, o, mənim miqyasıma uyğun deyildi”.

Qeyd edək ki, bir çoxları Çeçen Respublikasının rəhbərini Boris Nemtsovun ölümündə müqəssir ittiham edir.

Yaroslavl vilayətindən olan deputat Boris Nemtsov ötən il yanvarın 27-də Böyük Moskva körpüsünün yaxınlığında güllələnib. Bu gün Rusiyada, habelə digər ölkələrində onun anım mərasimi ilə bağlı aksiyalar keçirilir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm