Atəşkəsdən sonra ilk telefon danışığı
Bizi izləyin

Dünya

Atəşkəsdən sonra ilk telefon danışığı

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon əlaqəsi ABŞ tərəfinin təşəbbüsü ilə həyata keçirilib:

“Tərəflər Suriyada atəşkəsin təmin olunmasını məmnuniyyətlə qarşıladılar. Eyni zamanda, Kerri və Lavrov atəşkəsə tam əməl edilməsi üçün Rusiya və ABŞ arasında hərbi koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğuladılar. Suriyaya Beynəlxalq Dəstək Qrupunun iştirakı ilə Suriyadakı böhranın siyasi həll prosesinin yenilənməsi mövzusuna da toxunuldu. Həmçinin tərəflər ABŞ və Rusiya arasında sıx əməkdaşlığın önəmini də qeyd etdilər”.

Eyni zamanda Kerri və Lavrov arasında Şimali Koreyanın təhlükəli nüvə fəaliyyətinə cavab olaraq BMT Təhlükəsizlik Şurasının hazırlayacağı qərarların da müzakirə edildiyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm