Qərbdən şok tələb: Putin “hibrid müharibə”də qalib gəlir
Bizi izləyin

Dünya

Qərbdən şok tələb: Putin “hibrid müharibə”də qalib gəlir

“Avropa Birliyi Rusiyaya bütün cinayətləri, həmçinin Ukraynaya qarşı silahlı təcavüzü bağışlamağa hazırdır”.

Publika.az xəbər verir ki, bunu “Wall Street Journal” nəşrində jurnalist, siyasi müşahidəçi Con Vinokur yazıb.

Jurnalistin fikrincə, Ukrayna və Avropa Birliyi (AB) arasında imzalanan assosiativ sazişlə bağlı Niderlandda keçiriləcək referendumun mümkün mənfi nəticəsi “hibrid müharibə”də Rusya prezidenti Vladimir Putinin müvəffəqiyyətini təsdiq edəcək.

Qeyd edək ki, 6 aprel 2016-cı il tarixində Niderlandda assosiativ saziş haqqında məsləhətçi referendum keçiriləcək. Referendumun təşəbbüskarı “GeenPeil” qrupudur. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bildirib ki, referendumun mənfi nəticəsi Rusiya üçün əlverişli olacaq və "kontinental böhran”a gətirib çıxara bilər.

Con Vinokur hesab edir ki, Ukraynadan imtina edən Niderlanda Almaniya da qoşula bilər. Onun sözlərinə görə, Almaniya da 2008-ci ildə Gürcüstanın iki regionunun işğalı kimi Krımın zəbt edilməsini də Moskvaya bağışlamağa hazırdır.

“Ukrayna Avropa üçün vicdanın dilemması olaraq qalır. Bəzi ölkələr düşünürlər ki, Ukraynadan qurtulmaq yaxşı olardı”, – siyasi müşahidəçi Brüsseldəki anonim məmurun sözlərini sitat gətirib.

Jurnalist güman edir ki, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer və onun fransız həmkarı Jan-Mark Eyro bu yaxınlarda Ukraynaya etdiyi səfərlərində Kiyev qarşısında Moskvaya güzəşt məsələsini qoyublar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm