Dünya
Rusiyadan İrana "S-300" zərbəsi
Rusiya ən böyük müttəfiqi olan İrana satacağı S-300 zenit-raket sistemini İsrailin xəbərdarlıqlarından sonra göndərməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə Küveytin “Əl-Ceridə” qəzeti bildirib.
Nəşrin iddiasına görə, Rusiya prezidenti Vladimir Putin "S-300"-lərin İrana çatdırılması barədə qərarı ləğv edib. Bildirilir ki, Rusiya imtinanı Tehranın “Hizbullah”a silah verməsi ilə əlaqələndirib.
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov fevralın 18-də İrana "S-300" zenit-raket sistemlərinin çatdırılmasının dəqiq vaxtının müəyyən edilmədiyini bildirmişdi.
Onun sözlərinə görə, buna səbəb ödənişdə problemlərin olmasıdır: “Zenit-raket sistemlərinin çatdırılmasının dəqiq vaxtı hələlik müəyyən olunmayıb. Hələlik sazişə uyğun şəkildə ödəniş edilməyib. Buna görə də konkret vaxtdan danışmaq tezdir”.
2015-ci ilin dekabrında bildirilirdi ki, İrana "S-300"PMU-2 sistemlərinin ilk alayının çatdırılması 2016-cı ilin yanvarında başlanacaq. Sistemin ikinci alayının avqust-sentyabr aylarında çatdırılması planlaşdırılırdı.
Qeyd edək ki, "S-300"-lərin satışı ilə bağlı razılaşma 2007-ci ildə imzalanıb. 2010-cu ilin sentyabr ayında Rusiyanın dövlət başçısı Dmitri Medvedev BMT Təhlükəsizlik Şurasının sanksiyalarına uyğun olaraq razılaşmasının icrasını təxirə salıb. 2015-ci ilin aprel ayında - İranın nüvə proqramı ilə bağlı ilkin razılaşma əldə olunduqdan sonra Rusiya prezidenti Vladimir Putin "S-300"-lərin satışına icazə verən qərarı imzalayıb.
Ömər Dağlı
-
Hadisə16:23Lənkəranda iki nəfərin yanmış cəsədi tapıldı
-
Sosial15:14"Bu Şəhərdə"nin Qurban Qurbanovla bağlı səhnəciyi narazılıq yaratdı - VİDEO
-
MDB14:04Göldən çantaya qoyulmuş uşaq başı tapıldı - FOTO
-
MDB13:53Damba dağıldı sel suları kəndi basdı - VİDEO
-
Maraq dünyası12:50Ərəblər dünyanın ən hündür otelini açdılar - FOTOLAR
-
Avropa12:25Finlandiya prezidentindən Ukrayna ilə bağlı bədbin proqnoz
-
İKT11:00BDT rəhbəri: Azərbaycanda qonağa tanrının əmanəti kimi baxırlar!
-
MDB10:02Rusiya sovet dövrünə qayıdır: Dron hücumlarını xalqa radio ilə elan edəcəklər






























.jpg)



