Dünya
Moskvada bomba həyəcanı – 2 min insan təxliyyə edildi
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərindəki Riqa bazarında bomba həyəcanı yaşanıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın hüquq-mühafizə orqanlarına alqı-satqı mərkəzində partlayıcı qurğunun olması və partlayış baş verəcəyi haqda xəbər verilib.
“TASS”-ın yaydığı məlumata görə, Moskva polisi dərhal Riqa bazarında axtarışlara başlayıb. Lakin partlayış təhlükəsi haqqında xəbərin yalan olduğu məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bazarda hər hansı təhlükəli əşya tapmayıblar. “Axtarışlar nəticəsində heç bir partlayıcı qurğu aşkar edilmədi. Polis yalan informasiya verəni axtarır", - deyə hüquq-mühafizə orqanlarındakı şəxs agentliyə bildirib.
Qeyd edək ki, bazarda partlayış təhlükəsinin olması haqda hüquq-mühafizə orqanlarına daxil olmuş anonim zəngdən sonra bu gün iki minə yaxın insan Riqa bazarından təxliyyə edilib.
Anar Tağıyev
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı