Dünya
Avropada “miqrant ovu” “idman” sayılırmış – FOTOLAR
Bolqarıstan vətəndaşı Dinko Valev Türkiyə-Bolqarıstan sərhədində “miqrant ovu” ilə məşğuldur.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 29 yaşındakı gənc bununla da “idman etdiyini” deyib.
Türkiyə Suriyadakı vətəndaş müharibəsindən qaçan milyonlarla suriyalıya qapılarını açıb. Ancaq eyni davranışı Avropa sərgiləmir. Bir çox Avropa ölkəsi sərhədlərini tikanlı məftillərlə əhatələyib.
Dinko Valev də hakimiyyətlərin bu siyasətinə dəstək verənlərdən biridir. O, suriyalı miqrantların ölkəsinə girməsinin qarşısını almaq üçün Türkiyə-Bolqarıstan sərhədində əlində silahla gözləyir və onları ölümlə təhdid edərək qaçmağa məcbur edir.
Dinko Valev sahib olduğu iki zirehli texnika ilə Türkiyə-Bolqarıstan sərhədində hər gün patrul xidmətinə çıxır və “miqrant ovu”nu “idman” kimi qiymətləndirir. O, “idman” üçün itlərdən də istifadə edir. Tutduğu miqrantları polisə verən Valev onların hamısını “cihadçı” adlandırır. Qurduğu patrul xidmətinə insanların texnika və itlərlə qatıldığını bildirən Valev Bolqarıstan hökumətindən maliyyət dəstəyi istəyib.
Bolqarıstanın da üzv olduğu Helsinki İnsan Hüquqları Komitəsi bolqar səlahiyyətlilərdən Valevin dayandırılmasını istəyib. Amma komitənin çağırışından sonra bir qrup irqçi bolqar vətəndaşı Valevi dəstəkləyən imza kampaniyasına başlayıb. Kampaniyaya bir neçə saat ərzində 2 min nəfər qatılıb. Valevi dəstəkləmək üçün “Facebook”da bir səhifə də yaradılıb.
Ömər Dağlı
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?