AKP- Camaat qarşıdurması “kiber müharibə”yə çevrildi
Bizi izləyin

Dünya

AKP- Camaat qarşıdurması “kiber müharibə”yə çevrildi

AKP- Camaat qarşıdurması “kiber müharibəsi”nə çevrildi

Türkiyədə keçirilən bələdiyyə seçkiləri başa çatan kimi bəzi xəbər saytlarına hücum olub. Onların bir hissəsi AKP, digər hissəsi isə müxalifət və Gülən camaatına yaxınlığı ilə tanınan saytlardır.

Dünən Türkiyənin "Anadolu" dövlət xəbər agentliyinin saytına kiber hücum təşkil edilib. Sayta edilən hücum nəticəsində sürət zəifləməsi meydana gəlib. Problemin aradan qaldırılması və saytın nizamlı şəkildə işləməsi üzərində çalışılır. "Anadolu Agentliyinin bütün sistemləri kiber hücuma məruz qalıb. Bu səbəblə xəbər lentimizdə zəifləmə yaşanmaqdadır. Xəbər lentimizin nizamlı şəkildə işləməsi üçün lazımlı işlər aparılır”, - “Anadolu” xəbər agentliyinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, hücumun kimlər tərəfindən edildiyi məlum olmasa da, 30 mart bələdiyyə seçkiləri nəticələrini göstərən agentliyə qarşı CHP tərəfdarları etiraz bildirərək, nəticələrin düzgün göstərilmədiyini iddia ediblər.

AKP-nin Ankaradakı namizədi Melih Gökçek isə “Hizmet” Hərəkatına bağlı olan “Cihan” xəbər agentliyini Türkiyədəki bələdiyyə seçkilərinin nəticələrini saxtalaşdıraraq ictimaiyyətə açıqlamaqda ittiham edib. M. Gökçek CHP-dən olan rəqibi ilə “Cihan” xəbər agentliyini işbirliyi qurmaqda qınayıb: “ Mən hər kəsi “Cihan” xəbər agentliyinə inanmamağa çağırıram. Çünki onlar səslərin nəticələrini saxtalaşdırırlar. Bunun məqsədi isə vətəndaşları küçələrə tökməyə çalışmaqdır”.

CXP isə isə eyni ittihamı dövlət xəbər agentliyi olan “Anadolu” ünvanlayıb. Partiya bir mətbuat açıqlaması ilə agentliyi seçkinin nəticələrini saxtalaşdıraraq yaymaqda ittiham edib. CXP-nin iddiasına görə, agentlik CXP-nin aldığı səsləri azaldaraq məlumat yayır.

Xəbər satylarına edilən kiber hücumları yalnız “Anadolu” xəbər agentliyi ilə məhdudlaşmır. Gülən camaatına yaxınlığı ilə tanınan “Zaman” qəzetinin internet saytı, həmçinin “Cihan” xəbər agentliyinin saytı işləmir. Fəaliyyətində problem yaranan daha bir internet resursu CXP-nin mətbu orqanı olan “Cümhuriyet” qəzetinin internet saytıdır.

Xatırladaq ki, “Zaman” qəzetini seçkilərlə bağklı səhv məlumatlar yaymaqda ittiham edən AKP tərəfdarları qəzet redaksiyasının qarşısında etiraz aksiyası keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm