“Daha çox bombaya və ölüyə hazır olun!” – Avropaya ŞOK TƏHDİD
Bizi izləyin

Dünya

“Daha çox bombaya və ölüyə hazır olun!” – Avropaya ŞOK TƏHDİD

Belçikanın paytaxtı Brüsseldə silsilə terror aktları törədən İŞİD terror qruplaşması Almaniyanı təhdid edib.

Publika.az “Bild Online” nəşrinin internet saytına istinadən xəbər verir ki, təhdid “abo_omar_170” adlı “Twitter” hesabından fransız dilində edilib.

“Siz bizi Şərqdə bombalayırsınız, buna görə də biz sizi Qərbdə bombalayırıq. Gözə-göz, dişə-diş. Daha çox bombaya və ölüyə hazır olun. Yaxında Almaniyada!” – təhdid müraciətində deyilir.

“Abo_omar_170” adlı “Twitter” hesabının arxasında ötən cümə günü tutulan və Paris hücumlarının liderlərindən olan Salah Abdeslama bağlı şəxslərin olduğu təxmin edilir.

Qeyd edək ki, bu gün Belçikanın paytaxtı Brüsseldə törədilən silsilə partlayışlar nəticəsində 34 nəfər ölüb. Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm