Dünya
Gülnarə Kərimovanın yeni görüntüləri: “Elə hönkürmüşəm ki…” - FOTOLAR
Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı,
Daşkənddə ev dustağı olan Gülnarə Kərimovanın internetdə yeni
şəkilləri yayılıb.
Şəkilləri Gülnarə Kərimova özü “Uznews.net” saytının elektron
poçtuna göndərib. Prezident qızı şəkillərdə çox baxımsız olub.
Birinci şəkildə o, mətbəxdə meyvə şirəsi içir. İkinci şəkildə isə
Gülnarə Kərimova yarımçılpaq halda yığışdırılmamış yatağın üstündə
dini kitab oxuyur. Yanında isə dərmanlar var.
Şəkilləri müşayiət edən yazıda Gülnarə yazır: “Vəziyyət pisləşir.
Bu gün mən elə hönkürmüşəm ki, İmanın depressiyası artır. Amma
dünən qızı tutublar! O birisini iki həftə qabaq tutmuşdular ki,
sadəcə bizim evə gəlməsinlər”.
Gülnarə Kərimova bu yaxınlarda evinin yanında tutulmuş tələbə qız
Gülnazə Xocayevadan danışıb. Əvvəllər Gülnarə Kərimovanın yanında
işləmiş Gülnazə təhlükəsizlik gücləri tərəfindən saxlanılıb.
Dindirilmə zamanı ona Gülnarə Kərimovanın evinə getmək qadağan
edilib.
41 yaşlı Gülnarə Kərimova fevralın 17-dən 15 yaşlı qızı İmanla
birlikdə ev dustağıdır. /anspress/
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?