Belçikada miqrantlara məcburi and içdirəcəklər
Bizi izləyin

Dünya

Belçikada miqrantlara məcburi and içdirəcəklər

Belçika hökuməti Avropa Birliyinin (AB) üzvü olmayan dövlətlərdən bu ölkəyə gələn miqrantlara “İnteqrasiya andı”nı - yerli dəyərlərin qəbulu haqqında sənədi imzalamağa məcbur etdirəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumətin nümayəndələrindən biri məlumat verib.

Miqrantlar yalnız bundan sonra ölkədə yaşamaq hüququ əldə edə biləcəklər. Xüsusi sənədin üç ay müddətinə Belçikaya gələn qaçqınlara, habelə tələbələrə şamil ediləcəyi güman olunur.

Sənədi imzalayanlar terror aktları cəhdlərinin qarşısını almaq, həmçinin hazırlanan hücumlar haqqında məlumat vermək vədlərini öz üzərlərinə götürəcəklər. Belçika parlamentinin bu sənədi yaxın aylarda müzakirəyə çıxaracağı bildirilir.

"İnsanların çoxu başqa dəyərlərə malik ölkələrdən Belçikaya üz tuturlar. Əgər onlar burada yaşamaq istəyirlərsə, onda bizim dəyərlərimizi qəbul etməli, bu sənədi imzalamalı olacaqlar" – deyə Belçikanın dövlət katibinin sığınacaqlar və miqrasiya məsələləri üzrə nümayəndəsi Loran Mutambay bildirib. O, əlavə edib ki, miqrantlar əks təqdirdə ölkədə qala bilməyəcəklər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm