Dünya
Səmədovun partlayışdan əvvəlki son anları yayıldı - (Video)
Dekabarın 29-da Rusiyanın Volqoqrad şəhərində dəmiryol vağzalını partladaraq azı 17 adamın ölümünə, onlarla adamın yaralanmasına səbəb olan terrorçu-kamikadzenin partlayışdan əvvəlki son anlarının videokdarları yayılıb.
Virtualaz.org saytı xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları videomüşahidə kameralarının qeydə alındığı görüntülərə əsasən terrorçu-kamikadzenin vağzal binasına necə daxil olduğunu müəyyən ediblər.
Məlum olub ki, terrorçu müasir tələbə stilində geyinib və partlayışı törətməzdən əvvəl vağzal binasının qarşısında var-gəl edib.
Əsgər Səmədov adlı dağıstanlı terrorçu dar cins şalvarda, başında kepka və boynu xəzli gödəkcədə və eynəkdə olub. O, şübhə doğurmamaq üçün bu cür geyinib. Belə ki, mərkəzi Rusiyada gənclərin əksəriyyəti bu stildə geyinir.
Görkəminə görə adi tələbədən fərqlənməyən terrorçu bombanı çiynində daşıdığı rükzaq tipli çantada yerləşdirib. Partlayışdan təqribən bir dəqiqə əvvəl terrorçu az qala özünü ələ verəcəkmiş. Vağzalın giriş qapısından təxminən 20 metr aralıda o, özünü əsəbi aparıb, bir-iki saniyəlik dayanıb və sol cibinə saldığı əlini ehtiyatla tərpədib. Ehtimal ki, partlayıcının düyməsi terrorçunun o cibində olub.
Qısa tərəddüdən sonra o, içəri daxil olub və güclü partlayış baş verib. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, terrorçunu kənardan ikinci terrorçu izləyirmiş. Həmin terrorçu ertəsi gün özünü Volqoqradın trolleybus dayanacağında partladıb.
Ekspert-kriminalistlər terrorçunun partlayışdan əvvəlki son anlarını əks etdirən kadrları hazırlamaq üçün böyük həcmdə iş görüblər, onlar təsvirləri az qala piksellərlə bərpa ediblər. Bu kadrların sayəsində terrorçunun nəzərə çarpmadan hədəfə necə çatdığını müəyyənləşdirmək mümkün olub.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü