PKK terrorçularına qarşı əməliyyatlarda 6 hərbçi həlak olub
Bizi izləyin

Dünya

PKK terrorçularına qarşı əməliyyatlarda 6 hərbçi həlak olub

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyat zamanı bir polis əməkdaşı və 5 əsgər şəhid olub.

Nusaybin rayonunda fövqəladə vəziyyətin elan olunmasından sonra terrorçuların tutulması, minaların zərərsizləşdirilməsi, barrikadaların aradan qaldırılması üçün Türkiyə Silahlı Qüvvələri hərbi qulluqçularının və polis əməkdaşlarının martın 14-dən həyata keçirdikləri əməliyyat davam etdirilir.

Fırat məhəlləsində aparılan əməliyyatlarda bir polis əməkdaşı və 5 əsgər həlak olub.

Hazırda Nusaybin rayonunda əməliyyatlar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm