Davudoğlu Memar Sinanın itən kəlləsi barədə təlimat verdi
Bizi izləyin

Dünya

Davudoğlu Memar Sinanın itən kəlləsi barədə təlimat verdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu Memar Sinanın 1935-ci ildə itən kəlləsinin tapılması üçün araşdırmalara başlanılması barədə təlimat verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Əhməd Davudoğlu Süleymaniyyə məscidində Memar Sinanla bağlı keçirilən proqramda deyib.

“DNT testləri də daxil olmaqla əlimizdəki bütün imkanlarla Memar Sinanın mübarək bədənin o parçasını taparaq bu qara ləkəni silmək üçün addım atacağıq. O, bütün mədəniyyəti bir-birinə bərkidərək bizə buraxdı, biz isə onun bədənini belə qoruya bilmədik. Tariximizin bu qaranlıq səhifəsi işıqlandırılacaq”, - baş nazir bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm