Rusiyada üç kamikadze özünü partlatdı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Rusiyada üç kamikadze özünü partlatdı – SON DƏQİQƏ

Rusiyanın Stavropol diyarında Daxili İşlər Nazirliyinin Novoselitski rayon bölməsinin binasına hücum olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hücumda iştirak edən üç kamikadze özünü partladıb.

Güc strukturlarındakı mənbə bildirib ki, hücumun gedişatında binada beş partlayış olub. Dördüncü kamikadze polis tərəfindən məhv edilib.

Hücum nəticəsində ilkin məlumatlara görə, heç kim zərər çəkməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm