Türkiyəyə daha üç raket atıldı - VİDEO
Bizi izləyin

Dünya

Türkiyəyə daha üç raket atıldı - VİDEO

Türkiyənin Kilis şəhəri Suriya tərəfdən növbəti hücuma məruz qalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin mərkəzinə 3 raket mərmisi atılıb.

Mərmilər Kilis Dövlət Xəstəxanasının arxasındakı boş əraziyə düşüb. Əraziyə tibbi yardım və polis qrupları cəlb edilib.

Qeyd edək ki, son günlər Türkiyənin Kilis vilayəti Suriya tərəfdən tez-tez zərbələrə məruz qalır. Dünən səhər saatlarında Kilis şəhərinin mərkəzinə Suriya tərəfdən 3 raket mərmisi atılıb. Nəticədə 3-ü ağır olmaqla 6 nəfər yaralanıb. Yaralılardan ikisi sonradan həyatını itirib.

Bundan bir gün əvvəlki isə şəhər mərkəzinə 5 “Katyuşa” mərmisi atılıb. Hadisə nəticəsində 12 nəfər yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm