Ermənistan itkilərini üzə çıxarır? – DAHA BİR MEYİT
Bizi izləyin

Dünya

Ermənistan itkilərini üzə çıxarır? – DAHA BİR MEYİT

Ermənistan ordusu daha bir əsgərini itirib.

Publika.az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, əsgər Sevay Xaçatryan naməlum şəraitdə ölüb.

Ermənistan İstintaq Komitəsi Xaçatryanın ölümü ilə bağlı araşdırma aparır. Onun başında güllə yarası aşkar edilib. İddiaya görə, əsgərin cəsədi hərbi qarnizon ərazisində tapılıb.

Amma Sevay Xaçatryanın qarnizon ərazisində ölmədiyi də istisna edilmir. Ola bilər ki, Ermənistan hərbi rəhbərliyi bu yolla 2-6 aprel tarixlərində cəbhədə verdiyi itkiləri bir-bir üzə çıxarmaqla məşğuldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm