Ukraynanın yeni hökumətinin tərkibi dəstəkləndi
Bizi izləyin

Dünya

Ukraynanın yeni hökumətinin tərkibi dəstəkləndi

Koalisiya əksəriyyətlə Ali Radanın sədri Vladimir Qroysmanın Ukrayna baş naziri postuna namizədliyini dəstəkləyib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Vladimir Qroysmanın mətbuat katibi Dmitri Stolyarçuk bildirib.

Bundan başqa, koalisiya əksəriyyəti Nazirlər Kabinetinin yeni tərkibini dəstəkləyib. Nazirlər Kabinetinin yeni tərkibi üzrə səsvermənin aprelin 14-də Ali Radada keçirilməsi planlaşdırılır.

Koalisiyanın təklifi Ukrayna prezidenti Pyotr Poroşenkoya göndərilib.

Qeyd edək ki, parlamentin yeni koalisiyasına “Pyotr Poroşenkonun Bloku” və “Xalq Cəbhəsi” fraksiyaları, həmçinin bitərəf deputatlar daxildir. Umumilikdə, koalisiyaya 240 deputat daxildir. Parlament əksəriyyəti üçün isə 226 deputatın səsi kifayət edir.

Xatırladaq ki, Arseniy Yasenyuk aprelin 10-da baş nazir vəzifəsindən istefa verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm