Putin mətbuat katibindən az qazanırmış - Gəlir bəyannaməsi
Bizi izləyin

Dünya

Putin mətbuat katibindən az qazanırmış - Gəlir bəyannaməsi

Rusiya prezidenti Vladimir Putin 2015-ci ildə 8,9 milyon rubl (təxminən 134 min dollar) qazanıb.

Publika.az “lent.az” saytına istinadən xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən bəyannamədə deyilir.

Sənədə əsasən, dövlət başçısı 1500 kvadrat metr torpaq sahəsi, mənzil (77 kvadrat metr) və qaraja sahibdir. Qaraj və mənzilin ümumi sahəsi isə 154 kvadrat metrdir. Putinin QАZ М21, QAZ М-21, “Niva” avtomobilləri “Skif” qoşması var.

Prezidentin mətbuat katibi Dmitri Peskovun gəliri isə 36,7 milyon rubl (təxminən 552 min dollar) olub. Onun mülkiyyətdə iki mənzil, daha bir mənzilin yarısı, iki torpaq sahəsi və yaşayış evi var. Bundan başqa, Rusiya prezidentinin mətbuat katibində “Toyota Land Cruiser 200” avtomobili var.

Peskovun xanımı Tatyana Navka isə 2015-ci 89 milyon rubl (təxminən 1 milyon 400 min dollar) qazanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm