Əhmədinejad prezident postuna qayıdır?
Bizi izləyin

Dünya

Əhmədinejad prezident postuna qayıdır?

İran keçmiş prezidenti Mahmud Əhmədinejad yenidən prezident olmaq istəyir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Əhmədinejad 2017-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacaq.

Məlumata görə, son prezident, eləcə də parlament seçkilərində islahatçıların qələbə qazanması mühafizəkarları hərəkətə keçirib. Bu vəziyyətdə İran siyasətində mühafizəkar qanadında nüfuzlu şəxslərdən olan Mahmud Əhmədinejad önə çıxır.

O, keçdiyimiz günlərdə aktiv siyasətə qayıdacağına dair siqnal verib. Bu gün isə bir jurnalistin prezidentlik seçkilərində namizəd olub-olmayacağı ilə bağlı sualına cavab olaraq “İnşallah gələn il birlikdə olacağıq” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm