Ərdoğandan ŞOK AÇIQLAMA: “1915-ci il qurbanlarının xatirəsini yad edəcəyik”
Bizi izləyin

Dünya

Ərdoğandan ŞOK AÇIQLAMA: “1915-ci il qurbanlarının xatirəsini yad edəcəyik”

Türkiyə 1915-ci il hadisələri zamanı həlak olan bütün vətəndaşların xatirəsini yad edəcək.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

R.T.Ərdoğan bildirib ki, 1915-ci il hadisələrində Osmanlı dövləti ərazisində yaşamış bütün millətlər zərər çəkib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırımı" törədib. Ermənilər dünya ölkələrində bu qondarma erməni "soyqırım"ın təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentləri tərəfindən onun tanınmasına nail olublar.

Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan bu təklifə məhəl qoymur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm