Dünya
Sərhədlər açılsa da, Ermənistan blokadada qalacaq - Səbəb
“İran-Ermənistan alternativ dəmir yolunun yaradılması məsələsində ciddi texniki problemlər var”. Publika.Az – ın verdiyi xəbərə görə, bu sözləri “news.am” saytına müsahibəsində Ermənistanın Nəqliyyat Ekspeditorları Assosiasiyasının üzvü, nəqliyyat məsələləri üzrə ekspert Yeqiş Ovannisyan deyib.
Ermənistanın hazırda Azərbaycan tərəfindən nəqliyyat blokadasına alındığını deyən ekspert sovet dövründə yükdaşımaların 85 faizinin Azərbaycan, yalnız 15 faizinin Gürcüstan vasitəsilə həyata keçirildiyini bildirib: “Ermənistanı Gürcüstan vasitəsilə əsas strateji partnyoru Rusiya ilə bağlayan Abxaziya dəmir yolu hazırda bağlıdır. Bu dəmir yolu həm də bir istiqamətli olduğu üçün yük qatarlarının fasiləsiz hərəkətinə çətinliklər yaradırdı. Rusiya-Gürcüstan hərbi münaqişəsindən sonra Ermənistan Abxaziya dəmir yolundan da məhrum olub. Mən şəxsən dəmir yolunun bu istiqamətinin nəinki yaxın, hətta uzaq perspektivdə bərpasına ümid etmirəm”.
Son illər ərzində geniş müzakirə olunan İran-Ermənistan alternativ dəmir yolunun tikintisinə gəlincə, Y.Ovannisyan bunları söyləyib: “Ermənistanın İran dəmir yoluna qoşulması haqqında danışıqlar gedir. Amma texniki xarakterli ciddi problemlər var. Ermənistan və İran dəmir yollarının eni bir-birindən fərqlənir. Yəni, bu layihənin reallaşdırılması üçün yüklər ya sərhəddə digər vaqonlara yüklənilməli, ya da təkərləri dəyişdirmək lazımdır. Bu da kifayət qədər zəhmət tələb edir və daşınmaların dəyərinin artmasına gətirib çıxaracaq. Vaqonların standartları da müxtəlifdir. Bizim vaqonlarımızın tutumu 120 kubmetr, İranda isə 2,5 dəfə daha azdır. İki ölkə sərhədləri açıq olsa belə, eyni problem Türkiyə dəmir yolu ilə də yaşanacaq. Ona görə də bu layihələr o qədər perspektiv vəd etmir”.
Ömər Dağlı
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO