Obama: “Putin bu cür düşünərək səhv edir”
Bizi izləyin

Dünya

Obama: “Putin bu cür düşünərək səhv edir”

“Rusiya prezidenti Vladimir Putin NATO və Avropa Birliyinə, ümumiyyətlə transatlantik birliyinə təhdid kimi baxır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama “CBS News” kanalının efirində deyib.

Obama bu sözləri aparıcının ona ünvanlandığı “Putin Avropanı bölmək niyyətindədirmi” sualına cavab verərkən deyib. ABŞ prezidentinin sözlərinə görə, Rusiya lideri NATO və Avropa Birliyini təhdid hesab etməklə səhvə yol verir.

“Düşünürəm ki, o, səhv edir. Vahid Avropa düzgün reseptdir”, - Obama vurğulayıb.

Amerika lideri sağ millətçiliyin Avropa Birliyi üçün son dərəcə təhlükəli olduğunu deyib. Obamanın fikrincə, bundan Avropanın birliyi ideyasına həmişə sadiq olmayan Putin kimi siyasətçilər istifadə edə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm