Ermənistanda aksiya: “Sarkisyan Qarabağı təhvil verir”
Bizi izləyin

Dünya

Ermənistanda aksiya: “Sarkisyan Qarabağı təhvil verir”

İrəvanın Azadlıq meydanında bu gün Ermənistan prezidenti Serj Sarkisyana qarşı etiraz aksiyası keçiriləcək.

Publika.az “1in.am” saytına istinadən xəbər verir ki, “Güzəştə getməyən Ali Baş Komandan tələb edirik” şüarı altında keçiriləcək aksiyada Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə etiraz ediləcək.

Aksiyanın iştirakçıları Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərindən sonra İrəvanın Kazan sənədi ətrafında Azərbaycanla danışıqları davam etdirə biləcəyindən narahatdırlar. “Ayazn” Partiyasının İdarə Heyətinin üzvü Armen Mkrtçyan hesab edir ki, hakimiyyət hər cür güzəştə getmək fikrində olmadığını göstərməyə çalışır. Amma o, bunun yalan olduğunu deyib. “Bunu parlamentin dünən keçirilmiş iclası da sübut etdi. Hakimiyyət üzvləri ərazilərin güzəştə gedilməsi barədə suallara yayğın cavablar verirdilər”, - Armen Mkrtçyan bildirib.

Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyalarının təşkilatçısı David Sanasaryan həmçinin hesab edir ki, əgər bu gün Ermənistanın xarici siyasətini dəyişdirmək cəhdi varsa, o halda hakimiyyəti əvəz olunmalıdır: “Çünki bu hakimiyyət xarici siyasət kursunu dəyişdirmək vəziyyətində deyil”.

Etiraz edənlərin fikrincə, Sergey Lavrov özü ilə hansısa təklifi gətirib və rəsmi İrəvan bu faktı inkar edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm