Rusiya Türkiyə münasibətləri yumşalır
Bizi izləyin

Dünya

Rusiya Türkiyə münasibətləri yumşalır

Rusiya fitosanitariya və baytarlığa nəzarət xidməti “Rosselxoznadzor” Türkiyədən gələn kənd təsərrüfatı məhsullarına qoyulan qadağanı ləğv etməyə hazırdır. ANS PRESS-in məlumatına görə, bu barədə "RİA Novosti” agentliyi xəbər verib.

“Rosselxoznadzor” türk məhsulları üçün embarqonu malın təhlükəsizliyinin zəmanəti şərti ilə ləğv edə biləcəyini qeyd edib.

"“Rosselxoznadzor” olkəyə gətirilən məhsulun Rusiya və Avrasiya iqtisadi ittifaqının qanunvericiliyiylə nəzərdə tutulmuş normalara və tələblərə uyğun zəmanətin verilməsi barədə türk tərəfinə xahişlə müraciət edir. Bu Rusiyaya türk bitki məhsulunun göndərilməsi ilə bağlı müvəqqəti məhdudiyyətlərin tətbiqindən qaçmağa icazə verəcək", - deyə xəbərdə deyilir.

İdarədən əlavə edilib ki, Türkiyə yaxın zamanda Rusiyaya çatdırılan məhsulun yoluxmasının qarşısının alınması üzrə qəbul edilən ölçülərin ətraflı təsvirini verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm