Səmada ABŞ-Rusiya gərginliyi: MİQ-31 “Poseidon”a hücum etdi
Bizi izləyin

Dünya

Səmada ABŞ-Rusiya gərginliyi: MİQ-31 “Poseidon”a hücum etdi

Amerikanın “P-8 Poseidon” patrul təyyarəsi Kamçatka sahillərində aprelin 21-də Rusiyanın MİQ-31 qırıcısı tərəfindən yaxalanıb.

Publika.az xəbər verir ki, bu haqda ABŞ silahlı qüvvələrinin Sakit okean komandanlığının nümayəndəsi Deyv Benem “Washington Free Beacon” nəşrinə bildirib.

Hərbi müəssisədə vəziyyətlə tanış mənbə dəqiqləşdirib ki, MİQ-31 Amerika patrul təyyarəsinin təxminən 15 metrliyində uçub.

Kamçatkada bir sıra əsas hərbi obyektlər, sualtı güclərin 16-cı eskadrasının bazası yerləşir. Buraya ən yeni sualtı qayıqlar da daxil olmaqla Sakit okean donanmasının bütün atom raket daşıyıcıları saxlanılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm