Dünya
Fransada kütləvi iğtişaşlar baş qaldırıb
Fransada 1 may Zəhmətkeşlər Günü münasibəti ilə keçirilən etiraz aksiyaları sonda qarşıdurmalarla nəticələnib. ANS PRESS-in məlumatına görə, aksiya iştirakçıları hökumətin təklif etdiyi əmək islahatları qanun layihəsinə qarşı çıxış ediblər.
Gənc qrupun təhlükəsizlik qüvvələrinə pirotexniki vasitələrlə hücum etməsi sonda tərəflər arasında toqquşmaya səbəb olub. Polis gözyaşardıcı qazla aksiyaya müdaxilə edib.
Fransada artıq 2 aydır ki, əmək islahatlarına qarşı etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı qarşıdurmalarda bir neçə polis əməkdaşı ağır yaralanıb.
Hökumətin təklif etdiyi qanun layihəsi sabah parlamentdə müzakirəyə çıxarılacaq.
Qanun layihəsində işçiləri işdən çıxarılmaqdan qoruyan sığorta qanunlarının bəzilərinin ləğv olunması nəzərdə tutulur. Hökumət şirkətləri daha çox işçi qəbul etməyə təhrik etmək üçün belə bir addım atdığını qeyd edir.
Müxalifətçilər isə, qeyd edir ki, belə bir qanun layihəsi qəbul olunarsa, şirkətlər işçilərin əmək haqlarını gecikdirə, istirahət vaxtlarına müdaxilə edə və əlavə iş saatlarına görə əmək haqlarını kəsə bilərlər.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq