Dünya
General: “Rusiya dostluq əlimizi geri qaytararaq dava yolunu seçdi”
ABŞ-ın Rusiya təhlükəsinə qarşı kəşfiyyat vasitələri kifayət etmir.
Publika.az xəbər verir ki, bunu “The Wall Street Journal” nəşrinə müsahibəsində NATO-nun Avropa qüvvələrinin baş komandanı Filip Bridlav deyib.
Onun sözlərinə görə, ABŞ Moskvanın artan hərbi ambisiyalarına daha çox diqqət ayırmağa məcburdur. Bridlav xatırladıb ki, Rusiya üzrə ixtisaslaşdırılan kəşfiyyatın analitiklərinin sayı “soyuq müharibə” illərində 13 min təşkil etsə də, üç il əvvəl onların sayı 1000 nəfərə düşüb.
Baş komandanın fikrincə, ABŞ peyk-casuslardan istifadə etməklə kəşfiyyatın texnoloji gücünü artırmalıdır.
“Biz görürük ki, Rusiya bizim uzatdığımız dostluq əlini qəbul etmədi və davakar yolu seçdi. Biz getdiyimiz yolu təkrar gözdən keçirməliyik”, - Bridlav vurğulayıb.
Ömər Dağlı
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO