Dünya
Ermənistanda deputatı şantaj edən baş redaktor tutuldu
Ermənistanda sayt rəhbəri fırıldaqçılıqda şübhəli
bilinir.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “analitik.am”
saytının rəhbəri millət vəkilindən pul tələb etməkdə şübhəli
bilinərək saxlanılıb.
Məlumata görə, ölkə parlamentinin deputatlarından biri Baş
mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə müraciət edərək
“analitik.am” informasiya saytının qadın direktorunun ondan pul
tələb etdiyini bildirib. Deputatın sözlərinə görə, saytda vaxtaşırı
onun və ailəsinin ünvanına yalan və böhtan dolu məlumatlar
yerləşdirilib. Eləcə də saytda onun deputat kimi fəaliyyəti barədə
yalan məlumatlar yer alıb.
Bununla əlaqədar saytın direktoru deputatla görüşərək yazıların dayandırılması müqabilində hər ay 300 000 dram ödəməyini tələb edib. Daha sonra danışıqları direktorun köməkçisi aparmağa başlayıb. Məhz deputatla direktorun köməkçisi arasında razılıq əldə olunub. Razılaşmaya əsasən, hər ayın 5-nə kimi deputat direktora və ya onun köməkçisinə 300 000 dram ödəməli olub. Mayın 3-də Ermənistan polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşlarının əməliyyat istintaq tədbirləri nəticəsində kafelərin birində direktor və onun köməkçisi pulu alarkən saxlanılıb. Hazırda faktla bağlı istintaq aparılır.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi