Dünya
Başına 4 milyon türk lirəsi qoyulmuş terrorçu məhv edilib
Türkiyənin Diyarbəkir əyalətində PKK terror təşkilatına qarşı keçirilmiş xüsusi əməliyyatda məhv edilmiş terrorçular arasında başına 4 milyon türk lirəsi qoyulmuş Ekrem Güneyin də olduğu üzə çıxıb.
"Report" "Hürriyyet.com"a istinadən xəbər verir ki, terror təşkilatına bir neçə il bundan əvvəl qatılmış, "Azad Siser" adı ilə bir sıra terror əməliyyatlarında iştirak etmiş Ekrem Güney təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatda zərərsizləşdirilib.
10-12 nəfərlik terrorçu qrupuna qarşı həyata keçirilmiş xüsusi əməliyyatda Ekrem Güneylə yanaşı, "Çekdar" ləqəbli Əhməd Talva da öldürülüb. Məhv edilmiş terrorçular arasında habelə PKK-nın qadın fəallarından olan Gülnaz Türk də olub.
Qeyd edək ki, əməliyyata hərbi hava qüvvələri də dəstək verib.
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq