Dünya
NATO daxilində toqquşma: Britaniya kateri ispan gəmisini atəşə tutdu
Britaniyanın “Seybr” patrul kateri İspaniyanın “Rio Sedena” gözətçi gəmisi istiqamətində xəbərdarlıq atəşi açıb.
Publika.az Britaniyanın “The Sun” nəşrinə istinadən xəbər verir ki,“Rio Sedena” Cəbəllütariqə yaxınlaşan “Florida” Amerika atom sualtı raket daşıyıcısına mane olmağa çalışıb.
Nəşrin məlumatına görə, hadisə aprel ayının ortalarında baş verib. “The Sun” yazır ki, Kral donanmasındakı mənbələr də faktı təsdiq edib.
“Florida” sualtı raket daşıyıcısı sahilə yaxınlaşa bilib və həmin gün beynəlxalq sulara qayıdıb.
“Florida” SSBN-728 atom sualtı raket daşıyıcısı 1983-cü ildə ABŞ Hərbi-Dəniz Qüvvələrinin tərkibinə daxil edilib. Sualtı gəmi əvvəlcə 22 ədəd “Traydent-1” raket daşıyıb. 2003-2006-cı illərdə “Florida” “Tomaqavk” (154 raket) strateji qanadlı raketlərlə təchiz edilib. “Florida”nın göyərtəsindən 2011-ci ildə Liviyada həyata keçirilən əməliyyat zamanı 90-dan çox “Tomaqavk” raketi buraxılıb.
Xatırladaq ki, Böyük Britaniyanın xaricdəki ərazisi sayılan Cəbəllütariqdə NATO-nun bazası yerləşir. 1704-cü ildə İngiltərə və Hollandiya qoşunları tərəfindən işğal edilmiş Cəbəllütariq 1713-cü ildə İspaniya tərəfindən rəsmən Böyük Britaniyaya verilib. Madrid Pireney yarımadasının bu hissəsində müstəmləkəçiliyin ləğv edilməsinə çalışır, London isə bu məsələnin müzakirəsindən həmişə imtina edir.
Ömər Dağlı
-
Səhiyyə00:30
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
-
Dünya00:15
Modidən qalmaqallı açıqlama: "Məni Allah bu məqsəd üçün göndərib"
-
Qoroskop00:00
Günün ULDUZ FALI: əks təqdirdə zərbə ala bilərsiniz
-
Hadisə28 May 23:45
ATV-nin aparıcısı dəhşətli qəzaya düşdü - FOTO
-
Hadisə28 May 23:00
Falçı bələdiyyə sədrinin xeyli pulunu alıb: Atasının ruhu ilə danışdırırmış
-
Sosial28 May 22:48
Dövlət bu şəxslərə görə ailəsinə 840 manat ödəyə bilər - AÇIQLAMA
-
Dünya28 May 22:36
Quduzluq həyəcanı: məhəllə 6 aylıq karantinə alındı - FOTO
-
Region28 May 21:48
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi