Hadisə
Falçı bələdiyyə sədrinin xeyli pulunu alıb: Atasının ruhu ilə danışdırırmış
Fransa Ağde şəhərinin meri Gilles d'Ettore və falçı Sofiya Martinezlə bağlı qalmaqaldan danışır.
Publika.az xəbər verir ki, bələdiyyə sədri Gilles d'Ettore və şəhərin məşhur falçısı Sofiya Martinez barələrində başlanan korrupsiya istintaqı çərçivəsində həbs ediliblər. Falçı bələdiyyə sədrini aldatmaqda ittiham olunub. Mer həm də korrupsiyada ittiham olunur.
Xəbərə görə, Gilles d'Ettore 1996-cı ildə vəfat edən atasının ruhu ilə danışmaq üçün falçı Martinezlə əlaqə saxlayıb. 4 il davam edən istintaqda Martinez səsini dəyişərək merlə sanki atası kimi danışıb. İddialara görə, bu söhbətlərdə “atası” Gilles d’Ettore-ni Martinezin tanışlarını bələdiyyədə işə götürməyə, evini təmir etdirməyə razı salıb. 28 min əhalisi olan kiçik qəsəbədə qəribə şayiələrin yayılmasından sonra prokurorluq istintaqa başlayıb.
Aysel Şahmar
-
Magazin102:42Zaurun anası ilə VİDEOSU hər kəsi təsirləndirdi - VİDEO
-
Avropa02:12Şahzadə Londonda "sevgi dərsi" keçdi - FOTO
-
Art01:11Prezidentin qızları və gəlini "Gülçöhrə və Əsgər" tamaşasının premyerasında - FOTO
-
İdman00:45Şahruddin tənqidlərə cavab verdi: “Dili mükəmməl bilməsəm də...”
-
İdman00:15Millimiz Avropa çempionatının seçmə mərhələsində QƏLƏBƏ AZANDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, çox şeyi dəyişdirəcək
-
Art18 Noyabr 23:24“Atam sonuncu dəfə əlimi sıxdı, alnımdan öpdü”
-
İdman18 Noyabr 22:48Dava düşdü, maşının açarı futbolçunun alnına ilişdi

































