Davudoğlu ANA-dan niyə imtina etdi?
Bizi izləyin

Dünya

Davudoğlu ANA-dan niyə imtina etdi?

Türkiyənin baş naziri postundan getməyə hazırlaşan Əhməd Davutoğlu Bosniya və Herseqovinaya səfər edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir 1990-cı illərdə serblərin bünövrəsinə dinamit yerləşdirərək partlatdığı tarixi Ferhadiyə Məscidinin açılış mərasimində iştirak edəcək.

Məlumata görə, Davudoğlunun səfər zamanı ANA əvəzinə “Türk Hava Yolları”na (THY) aid təyyarədən istifadə etməsi diqqət çəkib. Baş nazir indiyə kimi ölkədaxili və xarici səfərlərində xüsusi təyyarə olan ANA-dan istifadə edirdi.

Qeyd edək ki, mayın 22-də AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Əhməd Davudoğlu qurultayda partiya sədrliyinə namizəd olmayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm