Gəmilərə PUA ilə hücum etdilər: ABŞ hərəkətə keçdi
Bizi izləyin

Yaxın Şərq

Gəmilərə PUA ilə hücum etdilər: ABŞ hərəkətə keçdi

Amerika qüvvələri Qırmızı dənizdə ABŞ-ın "USS Philippine Sea" və "USS Laboon" gəmilərinə doğru hərəkət edən Husilərə məxsus pilotsuz təyyarəni vurub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

“CENTCOM qüvvələri Qırmızı dənizdə "USS Filippin Sea" və "USS Laboon"-a doğru hücum edən Husilər tərəfindən buraxılan bir pilotsuz uçuş aparatını uğurla məhv ediblər", - məlumatda bildirilir.

Husilərin Qırmızı dənizdə Malta bayrağı altında üzən Yunanıstanın “Cyclades” gəmisinə 3 gəmi əleyhinə ballistik raket və 3 İHA atdığı da qeyd edilir.

Nə ticarət gəmisinə, nə də ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilərə ziyan dəyib. Ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

Yəmənin Qırmızı dəniz sahillərinin əksəriyyətinə nəzarət edən Ənsar Allah (Husi) hərəkatı daha əvvəl Fələstini dəstəklədiyini və İsraillə əlaqəli hər hansı gəmiyə hücum etmək niyyətini açıqlayıb. Digər ölkələri ekipajlarını geri çağırmağa çağırıb. Eyni zamanda, onlar digər ölkələrin gəmilərinə mane olmadıqlarını bildiriblər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm