Dünya
ABŞ-dan Moskvaya sərt reaksiya: “Qəddarlıqlara son qoyun!”
“Bu qəddarlıqlara və insan hüquqlarının pozulmasına son qoyulmalıdır”.
Publika.az “Ukrinform”a istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Administrasiyasının Rusiyanın Krım tatarlarına qarşı zorakılığına etiraz olaraq verdiyi bəyanatında deyilir.
“Biz növbəti dəfə Rusiyanı Krımın işğalını dayandırmağa çağırırıq. Moskva zəbtə son qoyana kimi Krımla bağlı sanksiyalarımız qüvvədə qalacaq. Rusiyanın Krım tatarlarına qarşı repressiyaları və diskriminasiyası davam edir. Biz Krımdan gələn bu cür xəbərlərə görə dərin narahatlıq keçiririk”, - Dövlət Administrasiyası bildirib.
Qeyd edək ki, dünən Krım tatarlarına qarşı zorakılığı göstərən növbəti video yayılıb. Videoda yer alan görüntülərə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Simferopol rayonunun Gənclər qəsəbəsinə basqın təşkil edib. Maskalı və avtomatlarla silahlanan FSB əməkdaşları məsciddən çıxan yüzdən çox adamı naməlum istiqamətə aparıblar.
Ömər Dağlı
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...