Ərdoğan: “Gedin, işinizə baxın!”
Bizi izləyin

Dünya

Ərdoğan: “Gedin, işinizə baxın!”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaeli Universitetində etdiyi çıxışında Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti ilə olan bir dialoqunu xatırladıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident dialoqun onun iştirak etdiyi son Davos forumunda olduğunu bildirib.

“Davos forumunda Beynəlxalq Valyuta Fondunun prezidentinə dedim ki, bizə siyasətdə istiqamət verə bilməzsiniz, gedin işinizə baxın. 79 milyonluq Türkiyə gəmisini batırmaq üçün əllərindən gələni etdilər. Türkiyənin keçmiş elitaları hər cür xəyanət etdilər. Biz təhdidlərə əsla boyun əymədən yolumuza davam edirik”, - Ərdoğan deyib.

Türkiyə prezidentinin sözlərinə görə, ölkəsi 2002-ci ildə BVF-nin qapılarında dilənirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm