Dünya
Peskov: “Ərdoğana çox açıq şəkildə demişik”
“Türkiyənin üzr istəməsini və təzminat ödəməsini gözləyirik”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərini şərh edərkən deyib.
Peskov jurnalistlərə açıqlamasında bildirib ki, dövlət başçısı Vladimir Putin başda olmaqla müxtəlif səviyyələrdə Moskvanın tələbləri çox açıq şəkildə və heç bir işarə olmadan dilə gətirilib.
“Türkiyə hələ bu istiqamətdə heç bir addım atmayıb”, - Putinin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Ərdoğan ilk addımı Türkiyənin atmalı olduğunu söyləyən Vladimir Putinə bu şəkildə cavab verib: “Anlamaqda çətinlik çəkirəm ki, bizdən gözlənilən ilk addım hansıdır. Biz Türkiyə olaraq günahkar kürsüsündə oturan bir ölkə deyilik. Biz Rusiya ilə münasibətləri pozmaq istəyən deyil, inkişaf etdirməyi arzulayan bir ölkəyik”.
Ömər Dağlı
-
ABŞ00:27ABŞ çox yaxında Pikaks dağına zərbə endirə bilər
-
Hadisə00:15Şahbuzda baş verən dəhşətli qəzada ölənlərin fotoları - Yeniləndi
-
Magazin14 Sentyabr 19:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat4 Sentyabr 17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region4 Sentyabr 15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika4 Sentyabr 15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya4 Sentyabr 12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin14 Sentyabr 12:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO







.jpg)























