Yeni müharibə - Rusiya Ukrayna sərhədinə hərbi texnika toplayır
Bizi izləyin

Dünya

Yeni müharibə - Rusiya Ukrayna sərhədinə hərbi texnika toplayır

Rusiya Ukrayna ilə sərhədə hərbi texnika cəlb etməkdə davam edir.

Publika.az xəbər verir ki, bunu haqda “Facebook” səhifəsində jurnalist və blogger Sergey İvanov yazıb.

Sübut olaraq fotoşəkil paylaşan jurnalist hərbi texnikanın Voronej vilayətinin Kantemirovka kəndində yerləşdirildiyini qeyd edib.

“Növbəti işğal hazırlıq və ya “sülhün mühafizəsi” çərçivəsində bir şou”, - jurnalist yazıb.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko hələ ötən ilin yayında Müstəqillik Günü ilə bağlı Kiyevin mərkəzində keçirilən tədbirdə DonbasRusiya-Ukrayna sərhədində 50 mindən artıq rus hərbçisinin olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, işğal edilmiş ərazilərdə 40 mindən çox rus hərbçisi var və onlardan 9 mini ali hərbi təhsillidir. Poroşenko Donbas hövzəsindəki əməliyyatlara birbaşa olaraq həmin zabitlər tərəfindən rəhbərlik edildiyini deyib. Onun sözlərinə görə, düşmən Ukraynanın içərilərinə birbaşa hərbi müdaxilə ideyasından imtina etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm