Beyin travması alan italyan fransız oldu
Bizi izləyin

Dünya

Beyin travması alan italyan fransız oldu

Beyin travması alan 50 yaşlı J.C adlı italiyalı kişi sonradan fransızca danışmağa başlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o travma nəticəsində xarici aksent sindromuna tutulub.

J.C məktəb yaşlarında fransızca öyrənib, lakin ömür boyu bu dildə danışmayıb. Qəza nəticəsində isə birdən-birə fransız dilində danışmağa başlayıb.

Həkimlərin və yaxınlarının sözlərinə görə, o, dili tam bilməsə də, dayanmadan danışır. Hətta səsi belə dəyişib, fransızlara məxsus hərəkətlər, jestlər edir. O daim fransız filmlərinə baxır, fransız yeməkləri yeyir, bu dildə kitablar oxuyur, ancaq italyanca yazır. Hər gün səhər duranda pəncərəsini açır və fransızca “sabahınız xeyir” deyə qışqırır.

Həkimlər psixoloji müalicə ilə onu əvvəlki həyatına qaytarmağa çalışır.

Qeyd edək ki, tibb elmində belə xəstələrə nadir hallarda rast gəlinir. Bu vaxta qədər 60 belə xəstə müşahidə edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm