Nazarbayevin bazasına hücum: terrorun ikinci dalğasında mesaj nə idi?
Bizi izləyin

Dünya

Nazarbayevin bazasına hücum: terrorun ikinci dalğasında mesaj nə idi?

“Qazaxıstanın Aktobe şəhərində həyata keçirilən hücumlar daxili səbəblərin nəticəsi idi və "əyani" xarakter daşıyırdı”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu dünən Qazaxıstanın Aktobe şəhərində həyata keçirilən hücumları şərh edən MDB ölkələri İnstitutunun Mərkəzi Asiya və Qazaxıstan bölməsinin rəhbəri Andrey Qrozin deyib.

Ötən bazar günü naməlum şəxslər Aktobedə iki silah mağazası və hərbi hissəyə silahlı hücum edib. Şəhərdə terrorçuluğa qarşı əməliyyat rejimi elan edilib, əyləncə müəssisələrinin işi və ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Hücumlar nəticəsində üçü hərbçi və üçü mülki şəxs olmaqla altı nəfər öldürülüb, 10-dan çoxu yaralanıb. Məhv edilmiş terrorçuların ümumi sayı, son məlumatlara görə, 11 nəfər təşkil edir. Daxili İşlər Nazirliyinin başçısı Kalmuxanbet Qasımov elan edib ki, Aktobedəki hadisələr terror aktı idi.

Qrozinin sözlərinə görə, qiyam cəhdinin arxasında hər hansı xarici güclərin dayandığını düşünmür: “Düşünürəm ki, hadisənin kökləri respublikanın daxilində uzanır. Sonuncu dəfə Qazaxıstanda böyük terror aktları nə vaxt həyata keçirilib? 2011-ci ildə birinci dalğa gəldi və yox oldu. Görünür, hakimiyyət bu çağırışın öhdəsindən gəldi”.

Onun sözlərinə görə, cinayətkar kriminal elementlərin hücumlarda iştirakını istisna edir: “Hərəkətlər çox yüksək səviyyədə koordinasiya edilib. Heç bir qruplaşma hərbi hissəyə hücum etməyə cəsarət etməzdi. Xüsusən, Milli Qvardiyanın hərbi hissəsinə. Xatırladım ki, hərbi hissə Müdafiə Nazirliyinə deyil, birbaşa Qazaxıstan prezidentinə tabedir. İkincisi, heç bir cinayətkar qruplaşma öz hərəkətlərini bu səviyyədə koordinasiya edə bilməzdi: silah mağazaları və hərbi hissəyə eyni zamanda hücum, hərbi hissənin ərazisində öldürülənlər və yaralıların sayı. Faktiki olaraq, vilayət mərkəzi döyüş meydanına çevrildi. Aydındır ki, ilk növbədə piar-hədəflər var idi. Yəni, bildirdilər ki, mümkün qədər daha çox səs-küy salmaq olar”.

Eyni zamanda o, vurğulayıb ki, Türkiyə, Suriya və ya İraqdakı hadisələrlə müqayisədə Aktobedə baş verənlərin miqyası elə də böyük deyil.

“Bununla belə postsovet məkanında sabitlik adası statusuna iddia edən bir ölkə üçün bu hadisə sözsüz ki, çox ciddidir. Bundan başqa, hücum hakimiyyətin regionlarda vəziyyətə nəzarət etmək qabiliyyətini şübhə altına qoydu”, - Qrozin iddia edir.

Ekspert sonda xatırladıb ki, Qazaxıstanda hücumlar ölkədə sosial narazılığın ümumi artımı fonunda baş verib: “Torpağın satışı haqqında qanuna düzəlişlərə etiraz edilir. Sosial narazılığın artması həm də tamamilə bu qanunla bağlı deyil. Ölkə əhalisi son 10 il kifayət qədər rahat yaşamağa öyrəşib. İndi məlum səbəblərə görə Qazaxıstan kasıblaşmış ölkədir. İnsanlar 1990-cı illərdən sonra rastlaşmadığı sosial vəziyyətlə rastlaşıb. Aydındır ki, bundan müxtəlif güclər – həm daxili, həm də xarici güclər istifadə edə bilərlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm