Dünya
İŞİD-i hərbi geyimlə kim təmin edir? – ŞOK İDDİA
Suriyadan gələn qaçqın uşaqlar Türkiyədə “İslam dövləti”nin (İŞİD) döyüşçüləri üçün geyimlərin tikilməsi işinə cəlb edilirlər.
Publika.az xəbər verir ki, bu haqda Britaniyanın “The Daily Mail” nəşri yazıb.
Nəşrin məlumatına görə, uşaqlara bu işə görə gündə 40 lirə (təxminən 14 dollar) ödəyirlər. Nəşrin hazırladığı reportajın qəhrəmanlarından biri İŞİD-in paytaxtı sayılan Rakkadan qaçmış Suriya biznesmeni Abu Zakurdur. Onun Türkiyənin Antakya şəhərində paltar tikişi fabriki açdığı bildirilir.
Qeyd edilir ki, İŞİD məhsulun tək sifarişçisi deyil. Fabrikin məhsullarını “Ahrar aş-Şam” və “Ən-Nüsra” Cəbhəsi də əldə edir. Biznesmenin sözlərinə görə, mülki geyimlə müqayisədə hərbi formaların satışından daha çox qazanmaq olar.
Məhsulu İŞİD-in nəzarət etdiyi əraziyə keçirən alıcılar kimə işlədiyini etiraf etmirlər. Ancaq biznesmen qeyd edir ki, onun məhsulu məhz İŞİD-in nəzarət etdiyi ərazilərdə məşhurdur. Bununla belə, o, xaricdə nəzarətin sərtləşməsindən şikayətlənir və bir neçə sərhəd-keçid məntəqəsinin bağlandığını vurğulayıb.
Məlumata görə, 9-13 yaşında olan uşaqlar fabrikdə 12 saat işləyirlər.
Ömər Dağlı
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir