ABŞ Rusiyanı hədələdi: “NATO istənilən təcavüzkarı vuracaq”
Bizi izləyin

Dünya

ABŞ Rusiyanı hədələdi: “NATO istənilən təcavüzkarı vuracaq”

“Şimali Atlantika İttifaqı Rusiyanın dayandırılması üçün əlavə ölçüləri qəbul etməlidir”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Brüsseldə NATO üzvü olan ölkələrdəki həmkarları ilə danışıqlardan sonra bildirib.

O, qeyd etdi ki, hərbi ittifaq Krımın Rusiya tərəfindən zəbt edilməsinə daha güclü cavab verməli idi.

“NATO əgər lazım olacaqsa, istənilən təcavüzkarı vuracaq”, - Pentaqonun başçısı deyib.

Daha əvvəl məlum olub ki, NATO 2017-ci ilin əvvəlində Şərqi Avropanın dörd ölkəsində -Latviya, Litva, Estoni və Polşada 4 çoxmillətli batalyon yerləşdirməyi planlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm