Ərdoğan və Putinə qarşı ortaq plan
Bizi izləyin

Dünya

Ərdoğan və Putinə qarşı ortaq plan

Türkiyə ilə Rusiya arasındakı böhran bir layihə idi.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şafak” nəşrinin yazarı İbrahim Karagül bildirib.

“Bizi oyuna gətirənlər Rusiyanı da oyuna gətirdilər. Rusiyanı oyuna gətirənlər bizə də tələ qurdular. Rusiyanı Suriyada Türkiyənin qarşısına çıxararaq Ankaranı girov götürdülər, özlərindən başqa əməkdaşlıq edəcək hər kəslə düşmən etdilər”, - Karagül yazıb.

Onun sözlərinə görə, bu planlar həm daxildən, həm də xaricdən birgə tətbiq olunub. Yazar qeyd edir ki, bənzər planların Rusiyaya, o cümlədən prezident Vladimir Putinə qarşı icrası da da istisna edilmir.

“Rusiya Türkiyənin cənubdan mühasirəsi planlarına ortaq oldu. Türkiyəni təhdid edən terror təşkilatlarına açıq şəkildə dəstək verdi. Bunu edərkən əsrlərə söykənən siyasi əlaqələr tarixini bir neçə terror təşkilatına qurban verdi. Amma bu hərəkəti Suriyanı da parçaladı. Moskvanın səhv addımları Suriyanın bir daha birləşmə şansını aradan qaldırdı. Artıq PYD vasitəsilə başqa bir beynəlxalq layihə həyata keçirilir və Rusiyanın səhv addımları bu layihəni həyata keçirənlərin işini rahatlaşdırıb”, - İbrahim Karagül vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm