Saakaşvili: “48 saat sonra Rusiya ordusu Ukraynaya girəcək“
Bizi izləyin

Dünya

Saakaşvili: “48 saat sonra Rusiya ordusu Ukraynaya girəcək“

"Əgər separatçılar ələ keçirdikləri vilayət şəhər administirasiyalarını nəzarətdə saxlayacaqsa, o zaman Rusiya ordusu Ukraynaya daxil olacaq".

"Əgər separatçılar ələ keçirdikləri vilayət şəhər administirasiyalarını nəzarətdə saxlayacaqsa, o zaman Rusiya ordusu Ukraynaya daxil olacaq".

Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öz Facebook səhifəsində bildirib.

"Uç gün bundan əvvəl mən öz məqaləmdə Ukraynanın şərq vilayətlərində vilayət şəhər administirasiyalarına hücum ediləcəyini bildirmişdim. Əgər diversantlar 48 saat orada davam gətirsələr, Rusiya ordusu Ukraynaya soxulacaq. Bu, eynilə Krım ssenarisidir - əvvəlcə mitinq, o, baş tutduqda, hökumət binasına hücum, ardınca isə Rusiya ordusunun hücumu. Daha dəqiqi, əvvəlcə Surikovun planı işə düşür, ardınca Rusiya Təhlükəsizlik Şurasının sədri Patruşev hərəkətə keçir. Bütün bunlar o qədər primitivdir ki, Ukrayna hakimiyyəti hər şeyi əvvəlcədən hesablaya bilər", - Saakaşvili yazıb.

Onun fikrincə, indi ən başlıcası Ukraynanın şərq vilayətlərini qorumaq üçün tam hərbi səfərbərlikdir. /Teleqraf.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm