Qəddafinin sərvəti axtarılır
Bizi izləyin

Dünya

Qəddafinin sərvəti axtarılır

Liviyalı səlahiyyətlilər ölkəni 42 il idarə edən Müəmmər Qəddafinin sərvətini axtarır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 400 milyard dollarlıq sərvətin harada olduğu barədə dəqiq bir məlumat yoxdur.

Son olaraq Fransanın nüfuzlu qəzetlərindən olan “Le Monde”də dərc olunan bir analizə görə, Qəddafinin Cənubi Afrika Respublikası, ABŞ, İtaliya, İsveçrə və İngiltərədə saxladığı pulların məbləği 400 milyard dolları çatır. Bu məbləğə 2011-ci ildə devrilərək öldürülən diktatorun qeyri-qanuni sərvəti daxil deyil.

Analizə görə, Qəddafinin daşınmaz əmlakı arasında Parisdəki qiymətli mənzil, Niger çayının ətrafındakı yüz hektarlarla əkin sahəsi, çoxlu sayda otel və Malinin Timbuktu şəhərindəki lüks villa var.

Ancaq ölkəsindəki bütün sərmayələri tək mərkəzdən idarə edən Qəddafinin qərargahları ya yoxa çıxıb, ya da suallara cavab vermir. Qəddafinin kəşfiyyat şefi Musa Koussa hazırda Qətərdə yaşayır və barəsindəki bütün ittihamları rədd edir.

Qəddafinin şəxsi sərmayələrini idarə etdiyi deyilən Saleh Bəşir isə yoxa çıxıb. Son olaraq Fransa və Cənub Afrika Respublikasında görünən Saleh Bəşirin ən az 7 milyard dollarla qaçdığı təxmin edilir. Ancaq nə beynəlxalq ictimaiyyətin dəstəklədiyi Liviya Birlik Hökuməti, nə də liviyalılar bu sərvətin ölkəyə qaytarılacağına inanır. Ölkənin neft gəlirləri və Qərb sərmayələri Qəddafi rejimi boyunca qeydə alınmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm