Dünya
“Rusiya artıq uduzdu, bütün dünya...” - ŞƏRH
“Britaniyanın Avropa Birliyinin tərkibindən çıxması üzrə referendumun nəticələri demokratiyanın gücünün təzahürüdür”.
Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşrində rusiyalı jurnalist Saşa Sotnik yazıb.
“Avropa üçün ağrılı təcrübə olsa da, hesab edirəm ki, bu, olduqca faydalıdır. Bu, demokratiyanın təntənəsidir. Cəmiyyət belə istədi, belə səs verdi. Avropa siyasətçilərinə təzədən qurmaq və dəyişdirmək barədə düşünmək qalır. Şübhələnməyə bilərsiniz, onlar dəyişdirəcəklər”, - Sotnik qeyd edib.
Jurnalist Rusiyanın isə artıq uduzduğunu yazıb: “Çünki bütün dünyanın Avropadakı demokratiya dərsini müzakirə etdiyi bir vaxtda, Dövlət Duması Rusiyanın daxilində demokratiyanın istənilən cücərtini məhv etməyə yönəlik öldürücü “Yarovoy paketini” qəbul etdi”.
Qeyd edək ki, Rusiya Dövlət Duması dünən anti-terror paketi qəbul edib. Anti-terror paketi deputatlar İrina Yarovoy və Viktor Ozerov tərəfindən hazırlanıb. Bu layihə Rusiyada “Yarovoy paketi” kimi də məşhurdur. Paketlə onlarla qanuna düzəliş edilir, dövlətin səlahiyyətləri artırılır, ölkə əhalisi üzərində nəzarət gücləndirilir.
Bu qanun sayəsində rusiyalılar asanlıqla vətəndaşlıqdan məhrum ediləcək, bütün telefonların və yazışmaların izlənməsinə icazə veriləcək.
Ömər Dağlı
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin25 May 20:00
Məşhur aktyor vəfat etdi - FOTO