Həqiqi hərbi xidmət ləğv edildi - GÖZLƏNİLMƏZ
Bizi izləyin

Dünya

Həqiqi hərbi xidmət ləğv edildi - GÖZLƏNİLMƏZ

Gürcüstanda həqiqi hərbi xidmət bu gündən ləğv edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Gürcüstanın müdafiə naziri Tina Xidaşeli həqiqi hərbi xidmətin ləğbv edilməsi haqda sərəncam imzalayıb.

Nazir qeyd edib ki, ölkəsinin ali qanunverici orqanı məsələyə dair uyğun qanun qəbul edə bilmədiyindən, o, çıxış yolunu sərəncam verməkdə görüb: "Mən sizin qarşınızda həqiqi hərbi xidmətin ləğvi haqda sərəncam imzalayıram.Bu qərar imzalandığı andan qüvvəyə minir ".

Xatırladaq ki, bir müddət əvvəl nazir həqiqi hərbi xidmətin ləğvi haqda qərarın 2017-ci ildə qüvvəyə minəcəyini nəzərdə tutmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm