Dünya
Ərdoğan və Putinin görüş vaxtı və yeri məlum oldu (YENİLƏNİB)
Türkiyə və Rusiya prezidentlərinin görüş yeri və vaxtı məlum olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş sentyabrın 4-5-də Çində keçiriləcək.
Həmin günlərdə Çində G20 sammiti keçiriləcək. Prezidentlərin son görüşü də ötən ilin noyabr ayında Antalyada keçirilən G20 sammitində baş tutmuşdu.
***
14:53
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin görüşəcək.
Publika.az xəbər verir ki, Türkiyə
prezidentinin rəsmi saytında iki liderin görüşməklə bağlı qərara
gəldiyi haqda məlumat yayılıb.
Ərdoğanla Putin telefon danışığında ikitərəfli münasibətlərin
normallaşdırılmasından, İstanbulda törədilən terror aktından
danışıblar.
“İkitərəfli münasibətlərin yenidən canlandırılması və terrora
qarşı ortaq mübarizə məsələsini müzakirə edən iki lider görüşməklə
bağlı da qərar veriblər”, - deyə məlumatda qeyd olunur.
***
13:50
Rusiya prezidenti Vladimir və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
NTV telekanalı Ərdoğana yaxın mənbələrə istinadən telefon söhbətinin “çox məhsuldar və pozitiv” keçdiyini xəbər verib.
Telekanalın həmsöhbəti həmçinin qeyd edib ki, telefon danışıqları 40 dəqiqə davam edib. Rəsmi bəyanatın daha sonra veriləcəyi gözlənilir.
Ömər Dağlı
Asif
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı